Cənubi Koreyanın "Hyundai Motor" şirkəti Hindistandakı müəssisələrində avtomobillərin illik istehsalını iki dəfədən çox artırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, "Hyundai" Hindisanda avtomobil istehsalını ildə 1 milyona çatdırmağı planlaşdırır.

Əlavə edək ki, ötən il "Hyundai" Hindistandakı müəssisəsində 552 mindən çox avtomobil istehsal edib. Beləliklə, şirkət Hindistan avtomobil bazarında xarici istehsalçılar arasında 14,5%-lik ikinci ən böyük payı qoruyub saxlayır.

 

Gözəl Həşimova