Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə səfiri tvitter hesabında paylaşım edib.

"Şuşa bəyannaməsi çərçivəsində Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı və regional məsələlərlə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu.

Birliyimiz Gücümüzdür", - səfir qeyd edib.