İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üçün 200 min manat kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

M. Cabbarovun sözlərinə görə, güzəştli kredit "Tərtər Aqropark" MMC-yə ayrılıb.