Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 1,8 milyard dolları ötüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarında deyilir.

Bununla da Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdə qərarlaşıb. 2023-cü ilin doqquz ayı ərzində Rusiyanın bu ölkənin xarici ticarət həcmində xüsusi çəkisi 11,8% təşkil edib.

 

Gözəl Həşimova