Gürcüstanın Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni dərs ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısı ölkədə koronavirusa gündəlik yoluxma sayında artımın olmasına baxmayaraq, təşvişə əsasın olmadığını deyib.

Qeyd edək ki, qonşu ölkədə bütün məktəblərdə yeni tədris ilinin başlaması sentyabrın 15-nə təyin edilmişdi. report