Gürcüstanın baş naziri Giorgi Qaxaria elan edib ki, ölkədə koronavirus infeksiyasının ikinci dalğası başlayıb.

Bu barədə hökumətin “Facebook”dakı səhifəsində deyilir.

Qeyd edilir ki, hökumət ikinci dalğanı gözləyib və o artıq başlayıb.

"Əsas odur ki, təlaş üçün səbəb olmasın, çünki biz vəziyyətə tamamilə nəzarət edirik", - Qaxaria bildirib.

Son məlumatlara görə, sentyabrın 10-da Gürcüstanda virusa rekord sayda yoluxma qeydə alınıb. Belə ki, son bir gün ərzində 57 nəfərdə COVID-19 aşkarlanıb. Bir gün əvvəl 44 yoluxma qeydə alınıb. Siyasətçi qeyd edib ki, belə məlumatlar ölkədə epidemioloji vəziyyətin dəyişikliyini göstərir.report