Yaponiyanın cənub-qərbində, Xirosimada G7 Liderlərinin Sammiti davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada, İtaliya və Avropa İttifaqı (Aİ) liderləri iştirak edir.

Daha əvvəl elan edilmiş proqram çərçivəsində liderlər ölkədə “məbəd adası” kimi tanınan Xirosima körfəzindəki Miyacimaya səfər ediblər.

Liderlər adada UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İtsukushima Şinto Məbədini ziyarət ediblər.

Rəhbərlər məbədin xidmətçisindən rayonun tarixi-mədəni xüsusiyyətləri haqqında məlumat alıb, mədəni “Gəqaku” musiqi konsertinə qatılıblar.