Fransada Lill İnzibati Məhkəməsi pensiya islahatı çərçivəsində nəzarətə alınan nümayişçilərin ad, soyad və doğum tarixlərinin bir faylda toplanması ilə bağlı qərarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, məhkəmə bu faylın yaradılmasının qanunsuz olduğuna qərar verib.

Məhkəmə, Lill prokurorluğunun və Fransa Ədliyyə Nazirliyinin sözügedən fayldakı bütün şəxsi məlumatları silməsinə qərar verib və Fransa dövləti də iddiaçılara ümumilikdə 3 min avro cərimə ödəməyə qərar verib.