Fransada Senat 1933-1945-ci illərdə nasistlərdən qaçan yəhudilərin talan edilmiş əmlaklarının geri qaytarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Səsvermə dünən axşam keçirilib.

Yekdilliklə qəbul edilən qanun layihəsi deputatlar tərəfindən təsdiq olunmaq üçün Milli Məclisə göndərilib.

Qanun layihəsi Avropada yəhudi icmasına qarşı antisemit hücumların və təzyiqlərin artdığı 1933-1945-ci illərdə Nasist Almaniyasından qaçan yəhudilərin geridə qoyduğu qiymətli əşyaların və mədəni sərvətlərin geri qaytarılmasını ehtiva edir.

 

Talan mallar Fransa muzeylərində nümayiş etdirilir

 

2200-ü Fransa muzeylərində nümayiş etdirilən kitablar, rəsmlər və bir çox sənət əsərləri də daxil olmaqla bu əşyalar sahiblərinə və ya varislərinə qaytarılacaq.

Fransa Mədəniyyət Nazirliyinin məlumatına görə, İkinci Dünya Müharibəsi illərində Fransada 100 minə yaxın yəhudi artefaktı ələ keçirilib.

Onlardan 60 mini Almaniyaya aparılıb, sonra Fransaya göndərilərkən, 45 mini sahiblərinə qaytarılıb. 1950-ci illərin əvvəllərində başqa yerlərdə satılıb.

 

Senat tezliklə daha iki "vacib" qanun layihəsinə səs verəcək

 

Digər tərəfdən, Senat Afrikadan oğurlanmış mədəni sərvətlərin Fransaya qaytarılmasını və Fransanın keçmiş müstəmləkələrindən insan qalıqlarının qaytarılmasını ehtiva edən iki qanun layihəsini tezliklə səsə qoyacaq.