Fransa hakimiyyəti gələn ilin yanvarın 1-dən başlayaraq büdcə kəsirinin azaldılması çərçivəsində elektriklə işləyən avtomobillərin alınması üçün subsidiyaları azaltmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Les Echos" qəzeti məlumat yayıb.

Məlumata görə, fiziki şəxslər üçün subsidiyalar 5 min avrodan 4 min avroya qədər azalacaq.

Bildirilib ki, subsidiyaların azaldılması həm də elektromobillərin populyarlığının artması ilə bağlıdır. Belə ki, bu il belə avtomobillər ümumi alışların 17%-ni təşkil edirdisə, 2024-cü ildə onların payı 21%-ə yüksələcək.

 

Gözəl Həşimova