Beynəlxalq kredit reytinqi agentliyi Fitch xəbərdarlıq edib ki, Rusiya rublla dollar kuponu ödənişləri edərsə, defolt olacaq.

Ukraynaya qarşı işğal əməliyyatından sonra sanksiyalarla üzləşən Rusiya, vaxtı çatan istiqraz ödənişləri ilə bağlı da ciddi risklə üzləşib.

Kredit reytinq agentliyi Fitch xəbərdarlıq edib ki, Rusiya dollar kuponlarını rublla ödəsə, defolt olacaq. Bu günə kimi Rusiyanın 117 milyon dollar xarici valyuta ödənişi var. Sözügedən ödəniş müharibədən sonra çökmüş istiqrazlara sahib olan investorlar üçün çox vacibdir. Bu, Rusiyanın dost olmayan ölkələrə istiqraz ödənişlərini rublla edəcəyini elan etdikdən sonra ilk istiqraz ödənişi olacaq.