“Magistral yollarda tıxaclar çoxdur. Ona görə də orada baş verən hadisələrlə bağlı motosikletlər almışıq”.

“Report”un xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə ilə bağlı da xidməti var: “Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır”.