Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.