Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 374 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

“Sputnik Armenia”nın xəbərinə görə, Ermənistanda COVID-19-a yoluxanların sayı 97 150 nəfərə çatıb.

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 448 nəfər, xəstəlikdən sağalanların sayı isə 58 811 nəfərdir.