Ermənistan polisində tüfeylilərdən ibarət ştatlar yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə parlamentin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan feysbukdakı səhifəsində yazıb.

“Polisdə xüsusi ştatlar yaradılıb ki, orada tullantı statusu olanlar işə götürülür. Bu tip insanlar üçün onun qarşısında kimin dayanmasının fərqi yoxdur - qəhrəmanın anası, hüquqlarını müdafiə edən vətəndaş və ya sadəcə təsadüfən səkidə gedən piyada. Onlar əmr alırlar - Nikol hakimiyyətini (Baş nazir Nikol Paşinyan-red) qorumaq və irəli.

Bunlar bir-iki epizodda sahiblərinə alət kimi xidmət edir, sonra zibilliyə atılır”.

“Yeri gəlmişkən, onların tərcümeyi-halı ilə tanış olanda məlum olur ki, bunlar xüsusi seçilmiş, prinsipsiz, evsiz-eşiksiz insanlardır ki, onların yeganə “missiyası” qulluq göstərməkdir.

Səsini ucaltmaq, itələmək və həlak olmuş hərbçilərin valideynlərinə əl qaldırmaq - lazımi yerə atılmalı olan təhlükəli tullantılardır”, - deputat vurğulayıb.