Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan məlumat verib.

“Hazırda Ermənistan sərhədində vəziyyət narahatlıq doğurur”, - deyə vitse-spiker bildirib.

Vurğulanıb ki, Ermənistan Milli Assambleyanın iclası 12 aprel çərşənbə gününə təxirə salınıb.