Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün onda müsbət təəssürat yaratdığını bildirib.

İqtisadiyyat.az xəbər verir, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Baş nazirin sözlərinə görə, danışıqlar göstərir ki, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir.

"Bu, o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib. Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması pis deyil", - deyə Paşinyan vurğulayıb.