Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansında olan avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.

İqtisadiyyat.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri martın 9-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 17-si, saat 18:00-a qədər agentliyin Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında ("Çinar Plaza" iş mərkəzi) yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 27-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.