“Hökumət evi” inzibati binasında bərpa və təmir işləri həyata keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bərpa və təmir işlərinin sifarişçisi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzidir.

Təmir işlərini "ELVİ.M.M. SERVİCES GROUP" şirkəti aparacaq.

Mərkəz həmin şirkətlə 1.020.956,56 manatlıq müqavilə bağlayıb.