Fövqəladə Hallar Nazirliyi (FHN) qidalanma xidmətləri üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi sahibkar Dadayev Fərid Rasim oğlu olub.

FHN ilə sahibkar arasında qidalanma xidmətləri üzrə müqavilə bağlanıb.

Müqavilənin dəyəri 10.860 manatdır.

Qeyd edək ki, F.Dadayev Səbail rayonu, T.Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən “Firuzə” restoranının sahibidir. 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinq zamanı restoranda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı və buna görə cərimə protokolu tərtib edilmişdi.