Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Respublikanın şəhərdaxili küçə və prospektlərinin xətlənməsi" işlərinin satın alınması ilə bağlı tender elan edib.
İqtisadiyyat.az xəbər verir ki, tender müsabiqəsi iyulun 3-dək davam edəcək.
AYNA küçə və prospektlərdə görüləcək xətləmə işlərinin 5,8 milyon manata başa gələcəyini ehtimal edir.