Ötən gün Elbrus dağında itkin düşən belaruslu turistlər sağ tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir gün əvvəl Elbrus dağında Belarusdan olan 6 turist sağ tapılıb.

Qeyd edək ki, ötən gün Elbrus dağının Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası ərazisinə düşən hissəsində Belarus turistlərindən ibarət 6 nəfərlik qrup itkin düşüb.

Məlumatda deyilib ki, ötən gün səhər saatlarında Rusiya FHN KXR üzrə baş idarəsinin Böhranların İdarə Edilməsi Mərkəzinin operativ növbətçi hissəsinə Karaçayevsk rayonunda, Elbrus dağının qərb yamacında 6 nəfərdən ibarət turist qrupunun yoxa çıxması barədə məlumat daxil olub.