Dünyanın ən böyük qida istehsalçılarından biri olan İsveçrənin "Nestle" şirkəti Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsraildəki istehsalat zavodlarından birini müvəqqəti bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə konsernin icraçı direktoru Mark Şnayder məlumat verib.

Məlumata görə, bundan əvvəl daha bir neçə böyük şirkət İsraildəki fabriklərdə bəzi əməliyyatların müvəqqəti dayandırıldığını elan edib.

 

Gözəl Həşimova