NATO ölkələri Estoniyada dünyanın ən böyük kiber təlimlərini keçirəcək.

İqtisadiyyat.az ​​​​​​xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib.

Təlim bu ilin noyabr ayında Estoniyada 40-dan çox NATO ölkəsi və alyans tərəfdaşlarının iştirakı ilə baş tutacaq.

"Kiber Koalisiya" adlı kiber təlimləri NATO-nun kiberməkanda təhdidlərə qarşı mübarizədə əməkdaşlıq məsələlərini inkişaf etdirməyə yönəlmiş illik təlimləridir. 2008-ci ildən Estoniyada keçirilir.