Məhsul yığımı problemləri və artan daxili tələbat Hindistan hakimiyyətini xaricə şəkər ixracının həcmini kəskin şəkildə azaltmağa məcbur edə bilər.

Bu barədə "İqtisadiyyat.az" "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bu baş verərsə, dünyada məhsulun qiyməti bahalaşacaq. Hindistan Şəkər Dəyirmanları Assosiasiyası 2023-2024-cü kənd təsərrüfatı ilinin yekunlarına görə ölkədə şəkər istehsalının həcminin ötən dövrlə müqayisədə 3,4% azalaraq 31,7 milyon ton təşkil edəcəyini gözləyir. 

 

Gözəl Həşimova