Dünyada ilk sanksiya eramızdan əvvəl 434-cü ildə tətbiq edilən "Meqar psefizmi"dir.

Bu barədə İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir.

Məlumata görə, İkinci Dünya Müharibəsindən sonra iqtisadi sanksiyalar güclü diplomatik vasitəyə çevrilib. Belə ki, 1949-cu ildən 1960-cı ilə qədər 12 il ərzində 62 sanksiya tətbiq edilib.

Ötən ilin əvvəlində müxtəlif ölkələrə qarşı 411 sanksiya qüvvədə olub, onlardan isə 29-u Rusiyaya qarşı tətbiq edilib. Hər bir sanksiyanın bir neçə məqsədi ola bilər: məsələn, demokratiyanın bərqərar olması, rejimin sabitliyinin pozulması, insan hüquqlarının müdafiəsi. Lakin bütün sanksiyalar öz məqsədinə çatmır və çox vaxt onlar bir ildən çox davam etmir.

Əlavə edək ki, iyunun 23-də Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketini qəbul edib. Ölkəyə qarşı Avropa İttifaqının bundan əvvəlki 10 sanksiya paketi ötən ilin fevralından bu il fevral ayına qədər təqdim edilib. Bu sanksiyalar ölkənin siyasətinə, iqtisadiyyatına, nəqliyyatına və hərbi sənaye kompleksinə təsir edib.