Sərnişin avtobusları dünyada nəqliyyat sistemində mühüm rol oynamağa davam edir. Şəhər mərkəzlərində sıxlıq, ekoloji problemlər və enerjiyə qənaət məsələləri avtobusların vacibliyini artırıb. 

İqtisadiyyat.az xəbər verir ki, dünyanın bir çox şəhərlərində müasir və elektriklə işləyən avtobuslar insanlara gündəlik xidmət edir. Bu həm karbon izini azaldır, həm də şəhər sakinlərinə daha təmiz və sakit nəqliyyat təcrübəsi yaşadır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda da avtobus marşrutları və xidmətləri təkmilləşdirilir. Bakı şəhərində yeni avtobus xətləri açılıb, şəhərətrafı ərazilərlə mərkəzi birləşdirən ekoloji, rahat və müasir avtobuslar istifadəyə verilir. Avtobuslarda nağdsız ödəniş sistemlərinin geniş yayılması sərnişinlərin işini asanlaşdırır və avtobus şəbəkəsinin daha effektiv idarə olunmasına kömək edir.

Sərnişin avtobusları dünyanın bir çox ölkəsində istehsal olunur və bu sahə həm texnologiyanın, həm də iqtisadi inkişafın göstəricisi sayılır. Avtobus istehsalı əsasən iqtisadi, ekoloji və sosial ehtiyaclara uyğun olaraq müxtəlif ölkələrdə fərqli modellər və növlərdə həyata keçirilir.

2024-cü ildə dünya üzrə ən ucuz sərnişin avtobusları əsasən Hindistan və Çin kimi ölkələrdə istehsal olunur. Bu ölkələr ictimai nəqliyyat üçün nəzərdə tutulan sərnişin avtobusları istehsal edir ki, onların qiyməti təxminən 25 min dollardan başlayaraq 150 min dollara qədər dəyişir. Ən baha sərnişin avtobusları isə ultra-lüks motorlu avtobuslar kateqoriyasına daxildir. Bu sahədə isə Avstraliya və Almaniya liderliyini davam etdirir. 

İqtisadiyyat.az-ın sərnişin avtobuslarının qiyməti ilə bağlı hazırldığı siyahı ictimai nəqliyyat və gündəlik sərnişindaşıma üçün nəzərdə tutulmuş avtobusları əhatə edir:

Ən ucuz sərnişin avtobusları:

1. “Tata Marcopolo (Hindistan)” - 25,000 - 30,000 ABŞ dolları  
2. “Ashok Leyland (Hindistan)” - 35,000 - 50,000 ABŞ dolları  
3. “Yutong ZK6122 (Çin)” - 45,000 - 60,000 ABŞ dolları  
4. “King Long XMQ6119Y (Çin)” - 50,000 - 75,000 ABŞ dolları  
5. “BYD K9 (Çin)” - 60,000 - 100,000 ABŞ dolları  

Ən bahalı sərnişin avtobusları:

1. “Marchi Mobile Elemment Palazzo (Avstriya)” - 3 milyon ABŞ dolları  
2. “Volkner Mobil Performance Bus (Almaniya)” - 2.5 milyon ABŞ dolları  
3. “Newell Coach P50 (ABŞ)” - 2 milyon ABŞ dolları  
4. “Vario Signature (Mercedes-Benz, Almaniya)” - 1.8 milyon ABŞ dolları  
5. “2024 Emerald 0410 (ABŞ)” - 1.6 milyon ABŞ dolları.