Dünyada ötən il ən çox mal ixrac edən ölkələrin siyahısı tərtib edilib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə 3,6 trilyon dollarlıq ixrac ilə Çin dünya üzrə lider olub. Bu siyahıda 2,1 trilyon dollarla ABŞ ikinci, 1,7 trilyon dollarla Almaniya üçüncü olub.

Dünyada ötən il ən çox mal ixrac edən 10 ölkənin siyahısı isə belədir:

 

Ölkə

İxrac dəyəri

Çin

3,6 trilyon dollar

ABŞ

2,1 trilyon dollar

Almaniya

1,7 trilyon dollar

Niderland

965,5 milyard dollar

Yaponiya

746,9 milyard dollar

Cənubi Koreya

683,6 milyard dollar

İtaliya

656,9 milyard dollar

Belçika

632,9 milyard dollar

Fransa

617,8 milyard dollar

Honq Konq

609,9 milyard dollar

 

Gözəl Həşimova