Dünya Bankı COVID-19 koronavirus pandemiyasına yoluxma hallarının azalması fonunda 2021-ci ilin may ayından etibarən Azərbaycan iqtisadiyyatının tədricən bərpasını gözləyir.

“May ayının əvvəlindən Azərbaycanda COVID-19 pandemiyası səngiyib, bu da məhdudiyyətlərin yumşaldılmasına imkan yaradıb, və bu da, gözləndiyi kimi, bərpanı dəstəkləyəcək”, - DB-nin Azərbaycan üzrə aylıq hesabatında qeyd olunur.

Dövlət Statistika Komitəsinin verdiyi mlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM-in azalması 0,2% təşkil edib. Hesabat dövründə neft sektorunda azalma 8,4%, qeyri-neft sektorunda 4 artım 4,1% təşkil edib.

Qeyd edək ki, DB-nin son proqnozlarında 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın 2,8% səviyyəsind artımı gözlənilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artımı 3,4% təşkil edəcək.