Polşa potensial təcavüzkarın qarşısını almaq üçün NATO-nun Şərq cinahında silah anbarlarının kütləvi təşkilinin tərəfdarıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz NATO-nun Şərq cinahında mümkün qədər çox NATO silahı olan anbarlar yaratmaq istəyirik ki, orada hər hansı bir hücum zamanı müttəfiq qüvvələrin sərəncamında olan silahlar saxlanılsın”, o deyib.

Dudanın sözlərinə görə, həm Şərq cinahı ərazisində olan qüvvələr, həm də lazım gələrsə, bu əraziyə gələn qüvvələr silahdan istifadə edə biləcəklər.