2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 354 milyon manatının və yaxud 10,4 %-nin dövlət rüsumundan daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.