Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 8,7 % çoxdur.

Son nəticədə büdcədə 1 milyard 416,7 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.