İqtisadiyyat.az işçiyə məzuniyyət üçün verilən əməkhaqqının hesablanması ilə bağlı müəyyən məqamlara aydınlıq gətirir. Məzuniyyətin hesbalanması ilə ilə bağlı  yol verilən səhvlərlə bağlı Fins.az-a açıqlama verən iqtisadçı -ekspert Rauf Qaraayev bildirib ki, "Bir çox mühasiblər məzuniyyətı hesablayıb yekunlaşdırnadan sonra məzuniyyət 2 aya düşsə də onu əmək haqqı ilə bir yerdə cəmləyib, vergiləri tuturlar. Bu səhvdir.  İşçiyə verilən əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir. Bunu Vergilər Nazirliyi də qeyd edir. 

Misal: 1. Asif adlı şəxs "Suqovuşan" MMC-də fəhlə işləyir.  2019-cu ilin fevral ayının iş günlərinin sayı 20 iş gündür. 10 iş günü işləyib fəhlə fevral ayının 15-də məzuniyyətə çıxır. Məzuniyyət müddəti 21 gündür. Aylıq əmək haqqısı 400 manatdır. Məzuniyyətin məbləği  276 manatdır. 21 günün 14 günü düşür fevral ayına. Bu halda (276/21) * 14 = 187.60 manat düşür fevral ayına. Belə olan halda 200 manat əmək haqqı + 187,60 məzuniyyət haqqı  = 387.60 ümumi məbləğ edir. 

Büdcə təşkilatı üçün vergi (387,60 - 200 ) * 14% = 26,26 vergi məbləği. Sosial sığorta haqqı 387.60 * 3% = 11,63 manat.  İşsizlikdən sığorta  387,60 * 0.5% = 1,94 manat məbləğ tutulacaq. 

Özəl sahədə 387,60 vergidən azaddır. Sosial sığorta haqqı 6 +  (387.60 - 200) *10% = 24.76 manat.  İşsizlikdən sığorta  387,60 * 0.5% = 1,94 manat məbləğ tutulacaq. 

Mart ayında isə 7 günə düşən məzuniyyət haqqı yəni 88.40 manat + mart ayının əmək haqqısı. 

Əsas: Muzdlu işlə əlaqədar alınan gəlir Vergi Məcəlləsinin 98 əsas 98.1 maddəsi, vergilərin hesablanması qaydası 101.1-ci  maddəsi , 200 manat güzəştin tətbiq olunması  102.1.6-cı maddəsi. Məzuniyyətin hesablanması və ödənliməsi qaydası  Əmək Məcəlləsinin 140-cı maddəsində öz əksini tapıb"