Mayın 11-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin və “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

İqtisadiyat.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilir ki, söhbət “Dəmir Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 29 ünvanında yerləşən 50,5 kv.m-lik mənzildən və “Bank Standard”a məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 32 kv.m.-lik mənzildən gedir. Əmlaklara müvafiq olaraq 102 min manat və 30 min manat qiymət qoyulub.