Çinin ən böyük banklarından olan "China Renaissance"ın rəhbəri Bao Fan yoxa çıxıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bank əməkdaşları 2 gündür onunla əlaqə saxlaya bilmirlər.

Bununla da ölkədə hökümətin bank sahəsinə yeni məhdudiyyətlər gətirəcəyi iddiaları daha da güclənib.

Bu hadisə bankın səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub.