Yeddi aylıq fasilədən sonra Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 16%-dən 18%-ə qaldırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 2 faiz bəndi artırıb.

Məlumata görə, bank inflyasiya proqnozunu yüksəldib və pul siyasətini daha da sərtləşdirməyə hazır olduğunu açıqlayıb.