Çinin müdafiə naziri Li Şanqfu Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, şənbə günü, iyunun 3-də Şanfu ilə onun ukraynalı həmkarı Aleksey Reznikov arasında görüş zamanı baş verib.

Qeyd olunur ki, çinli nazir Rusiyanın Ukraynadakı müharibəsini dayandırmağa çalışmaq üçün “bütün mümkün vasitələrdən” istifadə etməyi təklif edib.

Bununla yanaşı, Pekin Moskva ilə sıx siyasi və iqtisadi əlaqələrə baxmayaraq, sülhməramlı rolunda israr etməkdə davam edir.

Nazirlərin görüşü zamanı Ukrayna tərəfi Çinin vəziyyətlə bağlı anlayışını dərinləşdirməyə çalışıb.