"BVF olaraq qlobal mərkəzi bank rəqəmsal valyuta platforması konsepsiyası üzərində işləyirik".

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu sözləri mərkəzi bank rəqəmsal valyutaları ilə bağlı konfransda çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, dünyanın ən böyük pilot tətbiqində 114 mərkəzi bankdan 118 milyon nəfər iştirak edəcək:

"Mərkəzi bankın rəqəmsal valyutaları daha çox insanın maliyyə xidmətlərindən istifadə etməsinə şərait yaratmaqla yanaşı, xərclərin azaldılmasına imkan verəcək. Mərkəzi bank rəqəmsal valyutaları transsərhəd ödənişlər üçün daha ucuz və effektiv yol ola bilər. Çünki əməliyyatları daha səmərəli və ədalətli etmək üçün ölkələri birləşdirən sistemlərə ehtiyac var".