Beynəlxalq Valyuta Fondu (BVF) yoxsulluqla mübarizə fondunun kapitalını 30 milyard dollara çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva yazılı açıqlamasında bildirib.

Məlumata görə, fondun kapitalı 3 milyard dollar artırılıb. Pandemiyadan bəri fondun kapitalının həcmi isə 5 dəfə artıb və 56 ölkəyə fayda verib.

 

Gözəl Həşimova