Fransanın paytaxtı Paris elektrikli skuterlərin icarəyə götürülməsinə qadağa qoyan ilk şəhər olub.

İqtisadiyyat.az BBC-yə istinadən xəbər verir ki, bu qərar ölkədə yaşanan bir neçə skuter qəzasından sonra verilib. Bazar günü şəhərfə keçirilən referendumda səs verənlərin 90 faizi qərarın lehinə olub.

Paytaxtda skuter qəzalarından ölən və yaralananların sayının atrmasından sonra referendum qərarı verilmişdi. Rəsmi rəqəmlərə görə referendumda 103 mindən çox insan iştirak edib.