Hindistanın Assam əyalətində kök polislər işdən çıxarılıacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  Assam polis rəisi Gyanendra Pratap Singh yerli mətbuata açıqlamasında deyib.  

Onun sözlərinə görə, avqust ayından etibarən polisin bədən kütlə indeksi (BMI) hesablanacaq. 

Müvafiq olaraq, “obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər isə işdən çıxarılacaq.

Müəyyən sağlamlıq problemləri olan polislərin bu tətbiqdən azad ediləcəyini ifadə edən Singh, BMI ölçülərini verən ilk şəxs olacağını da ifadə edib.