Koronavirusun Avropada yenidən artması ilə bir çox ölkələrdə yenidən sərt tədbirlər görülməyə başlanıb. 

Fransada COVİD-19 daşıyıcılarının sayı yenidən artdıqdan sonra ölkədə yeni qadağalar qoyulub. Edilən açıqlamada deyilib ki, saat 20:00-dan sonra spirtli içkilərin satışı qadağa edilib. Barların və gecə klublarının isə saat 00:30 ilə 06:00 arasında bağlanmasına qərar verilib.

Fransanın Səhiyyə nazirliyi tərəfindən verilən açıqlamada ölkə ərazisində son 24 saatda 6 min 158 yeni koronavirus daşıyıcısının təsbit olunduğu bildirilib.
Onlardan 34 nəfər virus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Fransada bu günə qədər 30 min 950 nəfər həyatını itirib.azxeber