Bu gün Türkiyədə koronavirusdan daha 58 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat verib. 

Nazir bildirib ki, son 24 saatda 107 702 nəfər koronavirus testindən keçib, onlardan 1512-nin cavabı pozitiv çıxıb. 1219  xəstə isə sağalaraq evə buraxılıb. 

Bununla da Türkiyədə ümumilikdə 286 455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyə qədər onlardan 255 407 nəfər sağalıb, 6895 nəfər ölüb.