Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbayacan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, hərracda tələb 64,2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Qeyd edək ki,hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.