"Tesla", "SpaceX" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask bir gündə 16,1 milyard dollar itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in məlumatında deyilir.

Məlumata görə, elektrikli avtomobil istehsalçısı "Tesla"nın bu ilin üçüncü rübündəki zəif maliyyə göstəriciləri fonunda Maskın sərvəti azalıb.

Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra 9,3% ucuzlaşıb. Maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti bu il 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir. Sahibkar dünyanın ən varlı adamı olaraq qalır.

 

Gözəl Həşimova