Böyük Britaniya əks-hücumdan əvvəl Ukraynaya bir neçə “Storm Shadow” uzaqmənzilli qanadlı raketlər göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

Qeyd olunur ki, bu raketlərin məhvetmə məsafəsi 300 kilometrə çatır. “Fırtına Kölgəsi” Ukraynanın şərqindəki Rusiyanın nəzarətində olan ərazilərə dərindən zərbə endirmək üçün kifayət qədər məsafəyə malikdir. Bildirilib ki, raketlər Rusiya ərazisində deyil, yalnız “Ukraynanın suveren ərazisi”ndə istifadə ediləcək.

Qeyd edək ki, Böyük Britaniya Krımı Rusiya ərazisi kimi tanımır .