Böyük Britaniya Türkiyə və Suriyada təcili humanitar ehtiyacların həlli üçün əlavə dəstək paketi təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

25 milyon funt-sterlinq dəyərində yardım çadır və yataq dəstlərinin alınması, həmçinin Böyük Britaniya tibbi missiyasının ərazidə fəaliyyətini davam etdirməsi üçün nəzərdə tutulub.

Bu paketlə Britaniyanın Türkiyə və Suriyaya ümumi maliyyə dəstəyi 42,8 milyon funt-sterlinqə çatıb.