Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell bildirib ki, Aİ 15 min Ukrayna hərbçisinə təlim keçib və bu, Avropa ictimaiyyətinin hərbi yardımı genişləndirmək niyyətində olduğunu göstərir.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Brüsseldə Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Diplomatın fikrincə, Ukraynanın “müdafiəsinin uğuru” həm insanlardan, həm də silah-sursatla təminatdan asılıdır.

“Ona görə də hərbi yardım davam etməli, gücləndirilməli və genişlənməlidir, daha çox hava hücumundan müdafiə sistemi döyüş meydanında öz rolunu oynayacaq. Bu son dərəcə zəruridir”, - Borrell bildirib.

O, həmçinin bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinin 15 min döyüşçüsünün təlimini başa çatdırıb və bu ilin sonuna kimi daha 15 min döyüşçü hazırlanacaq.