Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının (WFP) Şərqi Afrika Regional direktoru Maykl Dunford mətbuata verdiyi açıqlamada, Afrika Buynuzu bölgəsindəki quraqlığın ciddiliyinə diqqət çəkib.

İqtisadiyyat.az xəbər verir ki, Afrika Buynuzu bölgəsində milyonlarla insanın aclıq böhranı ilə üzləşdiyini qeyd edən Dunford, regionda münaqişələr, iqlim dəyişikliyi və iqtisadi böhranlar da daxil olmaqla bir çox problemlə üzləşdiyini ifadə edib.

Yüksək ərzaq və enerji qiymətləri, quraqlıq və daşqınların da aclıq böhranına səbəb olduğunu vurğulayan Dunford, Sudandakı qarşıdurmaların mövcud vəziyyətə mənfi təsir göstərdiyini qeyd edib.

Şərqi Afrikada Sudanla yanaşı, Efiopiya, Cənubi Sudan, Somali və Keniya da ərzaq böhranından əziyyət çəkən ölkələr sırasındadır.

WFP bölgəyə təcili yardım göstərmək üçün 810 milyon dollara ehtiyac olduğunu açıqlayıb.