Ukrayna Britaniyanın verdiyi uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles norveçli həmkarı Byorn Arild Qram ilə Londonda keçirdiyi mətbuat konfransında deyib.

"Mənim bildiyim qədər, raketlər biz onların Ukraynaya təhvil verildiyini elan etdikdən sonra istifadə olunub", - deyə nazir bildirib.